04 May 2024
Tovuz və Kəlbəcər atəşə tutuldu - Müdafiə Nazirliyi

Tovuz və Kəlbəcər atəşə tutuldu - Müdafiə Nazirliyi

15 Fevral 2022
Baxış: 478

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya bildirilib.

Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.