04 May 2024
Tovuz rayonu istiqamətində döyüş

Tovuz rayonu istiqamətində döyüş

12 İyul 2020
Baxış: 581

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə ajmedia.info-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hər iki tərəfdən ölənlər və yaralananlar var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.