04 May 2024
Tokio yaxınlığında baş verən zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb

Tokio yaxınlığında baş verən zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb

11 May 2023
Baxış: 493

Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumata əsasən, xəsarətlər 60 yaşdan 80 yaşa qədər olan qadınlarda qeydə alınıb, onlar yıxılaraq xəsarət alıblar.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onların vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Tokio yaxınlığında 5,4 bal (daha sonra 5,2 bala endirilib) gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tiba prefekturasında, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Teqlər: