04 May 2024
Tərtərdə AAYDA-nın işçiləri MİNAYA DÜŞDÜ - YARALILAR VAR

Tərtərdə AAYDA-nın işçiləri MİNAYA DÜŞDÜ - YARALILAR VAR

18 Fevral 2022
Baxış: 644

Fevralın 18-i Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

ANAMA-dan AJMEDİA.İNFO-ya verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Tərtər rayon prokurorluğundan AJMEDİA.İNFO-ya bildirilib ki, 18 fevral 2022-ci ildə rayonun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.