04 May 2024
Tələbəyə “şamtutan” deyən, 67 müəllimi 1 gündə qovan direktordan xəbər var: MÜAVİNİ KAMRAN MƏSIMOV 2 NAZİRİ GÜNAHKAR ÇIXARDI (Səs yazısı)

Tələbəyə “şamtutan” deyən, 67 müəllimi 1 gündə qovan direktordan xəbər var: MÜAVİNİ KAMRAN MƏSIMOV 2 NAZİRİ GÜNAHKAR ÇIXARDI (Səs yazısı)

14 Oktyabr 2021
Baxış: 760

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir. Bildirilir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib.

Bu dəfə isə Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimovun səs yazısı yayılıb. Səs yazısında Kamran Məsimov qeyd edib ki, bu müəllimlər Ceyhun Bayramovun nazir olduğu dönəmdə qeyri-qanuni işə götürülüb və 67 müəllimin qovulmasını isə Emin Əmrullayev tapşırıb, yəni onun adından kollecə arayış təqdim olunub. Təhsil Nazirliyi isə belə bir arayışın olmadığını deyir.

Maraqlı sual ortaya çıxır: Görəsən Emin Əmrullayev Ceyhun Bayramova qarşı kampaniya aparır, yoxsa bu təsadüfi hadisədir? Yoxsa Kamran Məsimov özfəaliyyət edərəki, direktoru müdafiə etmək üçün 2 naziri üz-üzə qoyur? İstənilən halda ciddi psixoloji problemləri ilə gündəmə gələn direktorun təhsil müəssisəsinə rəhbər təyin oluması, Emin Əmrullayevin prosesi sükutla izləməsi başqa sualları da ortaya çıxarır. Bu olayların gedişatında Kollecin kollektivi Emin Əmrullayevin müşaviri ilə də görüşür, redaksiyamıza həmin görüşün də tam SƏS YAZISI daxil olub. Təhsil adına utancverici məqamlarla dolu olan səs yazısını da yaxın günlərdə geniş ictimaiyyətə təqdim edəcəyik.

Məsələnin digər məyusedici tərəfi də Təhsil Nazirliyi yanında İctimai Şuranın susqun qalmasından qaynaqlanır. Əslində, Nərmin Qaralovanın özbaşınalıqlarından, eyni zamanda, Prezident İlham Əliyevin "pandemiya zamanı heç kim işdən çıxarılmasın” çağırışından qidalanaraq İctimai Şura sərt mövqe sərgiləməli idi. Biz yenə də redaksiya olaraq İctimai Şuraya sorğu göndərəcək, onlardan gələn rəsmi münasibəti saytımızda dərc edəcəyik./Azərses/xeber.top. 7NEWS.az

Qaralovanın özbaşınalıqlarından, eyni zamanda, Prezident İlham Əliyevin "pandemiya zamanı heç kim işdən çıxarılmasın” çağırışından qidalanaraq İctimai Şura sərt mövqe sərgiləməli idi. Biz yenə də redaksiya olaraq İctimai Şuraya sorğu göndərəcək, onlardan gələn rəsmi münasibəti saytımızda dərc edəcəyik./Azərses/xeber.top 7NEWS.az