05 May 2024
TƏCİLİ! Türkiyənin sərhəd bölgəsinə raket atılıb: yaralılar var

TƏCİLİ! Türkiyənin sərhəd bölgəsinə raket atılıb: yaralılar var

21 Noyabr 2022
Baxış: 439

Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün PKK/PYD terror təşkilatı Tel Rıfat bölgəsindən Kilis Öncüpınar sərhəd keçid-məntəqəsində yerləşən Polis Özəl Hərəkat Qərargahına reaktiv yaylım atəş sistemi ilə hücum gerçəkləşdirib. Hücum nəticəsində 1 komissar və 6 polis əməkdaşı olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb”, - Türkiyə DİN açıqlayıb.

***

Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu edilib.

AJMEDIA.İNFO xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

İlkin məlumata görə, 1 hərbçi, 2 polis yaralanıb.

Musavat.com