04 May 2024
“Taliban” nizami ordu yaratmağa başladı

“Taliban” nizami ordu yaratmağa başladı

15 Sentyabr 2021
Baxış: 607

“Taliban” yaxın bir neçə ay ərzində nizami ordu yaradacaq.

AJMEDİA.İNFO-nun xəbərinə görə,bu açıqlama ilə Əfqanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kari Fasihuddin çıxış edib.

Xatırladaq ki, avqust ayında ABŞ hərbi kontingenti Əfqanıstanı tərk edib.

Öz növbəsində “Taliban” ölkənin bütün böyük şəhərlərini və qonşu dövlətlərlə olan sərhəd keçid məntəqələrini ələ keçirərək iyirmi illik müharibənin bitdiyini elan edib.

Sentyabrın əvvəlində isə “Taliban” müvəqqəti hökumətin tərkibini açıqlayıb.