03 May 2024
Sürücülərin NƏZƏRİNƏ! - Sabahdan BU YOLLAR BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ! - Sabahdan BU YOLLAR BAĞLANIR

29 İyul 2022
Baxış: 427

Sabah saat 08:00-dan iyulun 31-i saat 20:00-a qədər Bakının Sabunçu rayonunun eyni adlı qəsəbəsinin Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AJMEDİA.İNFO Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.


"Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.