05 May 2024
Sürücülərin NƏZƏRİNƏ: Hərəkət qismən məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Hərəkət qismən məhdudlaşdırılacaq

31 Avqust 2021
Baxış: 427

Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində iş aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, 1 sentyabr saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq hərəkət qismən məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.