04 May 2024
Sürücülərin NƏZƏRİNƏ! Bu gün saat 10:00-dan etibarən...

Sürücülərin NƏZƏRİNƏ! Bu gün saat 10:00-dan etibarən...

21 İyul 2022
Baxış: 392

Bu gün saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Şamaxı rayonu istiqamətində aparılacaq təmir işləridir.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.