04 May 2024
Suriyada türk əsgəri öldü, KİV-lər “rus izi” ndən danışır

Suriyada türk əsgəri öldü, KİV-lər “rus izi” ndən danışır

28 May 2020
Baxış: 530

Suriyanın İdlib əyalətində M4 magistral yolunda baş verən partlayış nəticəsində bir türk əsgəri şəhid olub, digəri isə yaralanıb. İlkin məlumata görə, hərbi karvanın yolunda mina partlayıb, ancaq Türkiyə Müdafiə Nazirliyi partlayışın səbəbini bəlli olmadığını bildirib.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada hərbçilərin magistral yol və ətraf ərazini patrul etdiyi qeyd edilir. Partlayış yoldan 250 metr məsafədə baş verib. Qeyd edək ki, 2020-ci ilin əvvəlindən bəri Türkiyə İdlibdə ən az 66 əsgərini itirib.

Bir çox KİV və xüsusən pan-ərəb qəzeti "Əl-Quds əl-Arabi" Rusiyanın təxribatın arxasında olacağını irəli sürüb. Mart ayında İdlibdə atəşkəs sazişini imzalayan iki dövlət arasında münasibətlər bu yaxınlarda xeyli pisləşib.