05 May 2024
Suriya: İsrailin zərbələrində 16 yaraqlı öldürülüb

Suriya: İsrailin zərbələrində 16 yaraqlı öldürülüb

03 Sentyabr 2020
Baxış: 1391

İsrailin Suriyanın şərqinə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində, 3 sentyabr cümə axşamı günü İranın dəstəklədiyi 16 silahlı öldürülüb. Bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat verib.

Təşkilatın rəhbəri Rami Abdul Rəhman, "Öldürülənlər, İrana sadiq İraqlı hərbiləşdirilmiş silahlılar idi, onlardan yeddisi Mayadin şəhəri xaricində öldürüldü" deyə bildirib.

Qalan doqquz nəfər, daha şərqdə İraqla sərhəddə yerləşən Albu Kamal şəhərinin cənubundakı zərbələrdə öldürülüb.

Bundan əvvəl yerli KİV, Suriyanın hava hücumundan müdafiə sistemlərinin Çərşənbə axşamı Homs şəhərinə edilən hücumdan sonra işə salındığını bildirmişdi.

Suriya ordusu İsrail təyyarələrinin bölgədəki T4 hava bazasına raket zərbələri endirdiyini bildirib.

Teqlər: Suriya