04 May 2024
“Sülhməramlıların mandatının 20 il uzadılması üçün sənəd imzalamağa hazıram”

“Sülhməramlıların mandatının 20 il uzadılması üçün sənəd imzalamağa hazıram”

29 Oktyabr 2022
Baxış: 354

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçiriləcək üçtərəfli görüşdə Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib.
AJMEDİA.İNFO
xəbər verir ki, o, bu barədə Mülki Müqavilə Partiyasının qurultayında çıxış zamanı danışıb.
“Biz istəyirik ki, Rusiya sülhməramlıları öz missiyalarını davam etdirsinlər. Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Mən təklif edirəm ki, Rusiya prezidenti belə bir təşəbbüslə çıxış etsin. Bu təklifi mən özüm verə bilərəm, amma Rusiya tərəfi bunu dəstəkləməlidir”, - Paşinyan deyib. Yeniavaz.com