04 May 2024
Sülhməramlı əsgərlərimiz türkiyəli tibb bacısını "Taliban"dan xilas etdi - VİDEO

Sülhməramlı əsgərlərimiz türkiyəli tibb bacısını "Taliban"dan xilas etdi - VİDEO

19 Avqust 2021
Baxış: 1217

Əfqanıstanın sürətlə “Taliban”ın nəzarətinə keçməsindən sonra ölkənin vilayətlərindən birində ölüm təhlükəsi ilə üzləşən türkiyəli tibb bacısı xilas edilib və Türkiyəyə gətirilib.

KONKRET.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 20 yaşlı tibb bacısı İrem Kahraman saç əkimi ilə məşğul olmaq üçün 2 ay əvvəl Əfqanıstana gedib. Lakin “Taliban” sürətlə ölkəni ələ keçirdiyindən İrem kimi qadınlar bilavasitə ölüm təhdidi ilə üzləşib. Çünki “Taliban” tatu, saç əkimi kimi fəaliyyət növlərini islama zidd hesab edir və xüsusən də bu işlə məşğul olan qadınlardırsa onları qorxunc aqibət gözləyə bilər.

İrem Kahraman deyir ki, “Taliban” Kabili tutduqdan sonra olduqları bölgədən böyük çətinliklə çıxaraq Kabil aeroportuna gediblər:

“Kabil aeroportuna çox çətinliklə çata bildik. ABŞ hərbi maşınlarının arasına girərək cənub qapısına qədər gedə bildik. Cənub qapısının önündə ABŞ əsgərləri və “Taliban” təhlükəsizlik zonasını mühafizə edirdi. Oraya çatana qədər bütün əşyalarımızı atdıq. Özümüzü ingilis əsgərlərinə yetişdirməyə çalışdıq. “Biz türkük” deyə qışqıranda taliblər bizi qamçılayıb geri qaytardı. İnanın, oraya çatana qədər çox çətin anlar yaşadıq. Təhlükəsiz bölgəyə keçdiyimiz nöqtədən etibarən Azərbaycan türkü əsgərlər bizi götürdülər. Oradakı səfirliyimiz də bizi qonaq etdi. Bura qayıtmağımıza yardım edən hər kəsə təşəkkür edirəm”.

İrem Kahraman bildirib ki, avqustun 15-də gecə Kabil aeroportuna çata bilsələr də Türkiyə təyyarəsinə yetişə bilməyiblər. Nəhayət İremin də aralarında olduğu bir qrup Türkiyə vətəndaşı hərbi nəqliyyat təyyarəsi ilə Pakistana aparılıb, oradan Türkiyəyə gətirilib.(Virtualaz.org)