03 May 2024
STMEGI Fondu Azərbaycana tonlarla matsa və halal üzüm şirəsi göndərdi

STMEGI Fondu Azərbaycana tonlarla matsa və halal üzüm şirəsi göndərdi

10 Mart 2021
Baxış: 1751

Pesah bayramı ərəfəsində, Stmegi dağ yəhudilərinin xeyriyyə fondu, Azərbaycanda fəaliyyət göstərən Yəhudi icmalarına və təşkilatlarına Matsa və halal üzüm şirəsi göndərib.

Bunu Bakı "Xesed Qerşon" Yəhudi Xeyriyyə Mərkəzinin rəhbəri Şaul Davydov bildirib.

Onun sözlərinə görə, uzun illərdir ki, STMEGI Fondunun Prezidenti Qerman Zaxaryayev Azərbaycanda pesah bayramı ilə əlaqədar tonlarla Matzanı yəhudi icmalarına heç bir maddi maraq olmadan, təmənnasız paylanılmasını təmin edir..

"Bu il 10 ton matsa və 2500 şüşə üzüm şirəsi göndərilərək, bu humanitar yardım Azərbaycanın hər yerinə paylanılır. Qubadan Lənkərana kimi Azərbaycanda olan bütün yəhudilər bu yardımı alırlar.

Bütün Azərbaycan yəhudiləri adından, kollektivimiz və şəxsən öz adımdan, Humanitar Yardım üçün STMEGİ fondunun prezidenti Qerman Zaxaryayevə minnətdaram, Hər il olduğu kimi o, Azərbaycan yəhudi icmasına, senaqoqları təmin edir və Azərbaycanın bütün sinaqoqları tamamilə Matsa və halal üzüm suyu ilə təmin olunur "deyə S.Davdov bildirib.


Mənbə: STMEGİ

Teqlər: STMEGİ