03 May 2024
Şotlandiyada iki yaşayış binası partlayış nəticəsində dağılıb

Şotlandiyada iki yaşayış binası partlayış nəticəsində dağılıb

19 Oktyabr 2021
Baxış: 460

Şotlandiyanın cənub-qərbində Ere şəhərində baş verən partlayış nəticəsində iki yaşayış binası dağılıb.

Partlayışa məişət qazının sızması səbəb olub.

Partlayış səsinin bir neçə kilometr aralıda hiss edildiyi bildirilib.

Şəhər Yanğınsöndürmə xidməti partlayışdan sonra yaranan yanğını söndürüb. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.(Apa.az)