04 May 2024
Son sutkada neçə doza vaksin vurulub?

Son sutkada neçə doza vaksin vurulub?

14 Aprel 2022
Baxış: 332

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 603 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495-dir.

Teqlər: vaksinasiya