04 May 2024
Son həftələr heç bir uğur əldə edə bilməyən Rusiyanın Ukraynadakı AĞIR İTKİLƏRİ - YENİ SİYAHI

Son həftələr heç bir uğur əldə edə bilməyən Rusiyanın Ukraynadakı AĞIR İTKİLƏRİ - YENİ SİYAHI

23 May 2022
Baxış: 339

Rusiya ordusu Ukraynada indiyə qədər 29200 hərbçi itirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun 1293 tankı, 93 hava hücumundan müdafiə sistemi, 204 hərbi təyyarəsi, 170 helikopteri, 13 gəmisi və digər hərbi texnikaları məhv edilib.

Məlumata görə, Rusiya ordusu son həftələr ərzində Ukraynada ciddi uğurlar əldə edə bilməyib. Əksinə, Ukrayna ordusu bir sıra əraziləri işğalçılardan azad edib.