04 May 2024
SON DƏQİQƏ! ÜST dəhşətli xəbərdarlıq yaydı

SON DƏQİQƏ! ÜST dəhşətli xəbərdarlıq yaydı

21 Noyabr 2021
Baxış: 453

Avropa ölkələri məhdudiyyətləri sərtləşdirməsə, regionda qışda koronavirus pandemiyası nəticəsində 500 minə yaxın insan həyatını itirə bilər.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Xans Klyüge Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ÜST Avropada COVID-19-un yayılma sürətinin artmasından çox narahatdır və bununla əlaqədar mütəxəssislər tibbi maska ​​taxmağı davam etdirməyi, eləcə də hələ peyvənd olunmayanların hamısının vaksinasiyasını tövsiyə edir.

Klyüge qeyd edib ki, soyuq havaların yaxınlaşması, bir sıra ölkələrdə aşağı peyvənd göstəriciləri, daha çox yoluxucu ştammların yaranması ilə əlaqədar olaraq Avropada koronavirusun növbəti dalğası müşahidə olunur.

Klyüge eyni zamanda qeyd edib ki, bu məsələ ilə bağlı “qanunvericilik və ictimai müzakirələrə” başlamaq “vaxtına düşmüş olardı”.

Qeyd edək ki, Avropanın bir sıra ölkələri son günlər virusa yoluxma hallarının artmasına görə koronavirus əleyhinə tədbirləri sərtləşdiriblər. (Oxu24.com)