04 May 2024
SON DƏQİQƏ! Molla rejimindən Avropaya təhdid kimi XƏBƏRDARLIQ

SON DƏQİQƏ! Molla rejimindən Avropaya təhdid kimi XƏBƏRDARLIQ

22 Yanvar 2023
Baxış: 324

İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Selami Avropa Parlamentinin İnqilab Keşikçiləri Korpusunun Aİ-nin terrorçu siyahısına salınması tələbini özündə əks etdirən qətnamə layihəsini qəbul etməsinə reaksiya verib.

Bu barədə xarici mediaya xəbər verir.

"Biz Avropaya məsləhət görürük ki, keçmiş səhvlərini təkrarlamasın, əks halda bunun nəticəsinə boyun əyməli olacaq. Biz belə təhdidlərdən qətiyyən narahat deyilik. Avropa iki dəfə dünya müharibələrinin mərkəzində olub və bu müharibələrdən dərs almalıdır. Avropa dərc etdiyi bəyanatlar və aldığı qərarlarla İnqilab Keşikçiləri Ordusunu zəiflədə bilməyəcək" - Selami Avropa ölkələrinə xəbərdarlıq edib.

İran İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı bildirib ki, İnqilab Keşikçilərinin səyləri olmasaydı, bu gün Avropanı terror bürüyərdi və hazırda Avropada hökm sürən təhlükəsizlik və sabitlikdən əsər-əlamət qalmazdı.

63cbf0b34e3fe1120c59be9f.jpg (48 KB)

İran parlamentinin sədri Məhəmməd Bəkir Qalibaf general-mayor Hüseyn Selamiyə dəstək səfəri edib. Qalibafın səfərinin mənalı olduğunu deyən Selami "qlobal hücum və tələlər qarşısında verdiyi dəstəyə və ziyarətlərə görə" ona təşəkkür edib.

Qalibaf parlament olaraq İnqilab Keşikçiləri Ordusunun yanında olduqlarını və Avropa Parlamentinin qəbul etdiyi qərarı pislədiklərini bildirib, qətnamənin təsdiqlənəcəyi təqdirdə Məclisin sərt cavab tədbirləri görəcəyini ifadə edib:

"Onlar İnqilab Keşikçiləri Ordusunun öz orduları kimi sadəcə hərbi birlik olduğunu düşünürlər. İnqilab Keşikçiləri Ordusu İran xalqının içindən - milyonlarla insandan, könüllü əsgərlərdən doğulub. Avropa Şurası ağlını itirərsə, İnqilab Keşikçiləri Ordusuna qarşı ən kiçik bir cəhd edərsə, mümkün olan ən sərt şəkildə cavab verməyə hazırıq".

Qeyd edək ki, ötən cümə axşamı Avropa Parlamenti (AP) Aİ-nin İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması, həmçinin insan haqlarının pozulmasında iştirak edən qurum və şəxslərə qarşı sanksiyalar tətbiq edilməsi tələblərini özündə əks etdirən 32 maddəlik qərarı təsdiqləyib. Bundan əlavə, İnqilab Keşikçiləri Ordusuna bağlı bütün şirkət və fondların, Besiç milislərinin, Qüds qüvvələrinin terrorçuların siyahısına salınması tələb edilib.

Avropa Şurasının sabah keçiriləcək iclasında qərar təsdiqlənərsə, İranın hərbi qüvvəsi olan İnqilab Keşikçiləri Ordusu rəsmi olaraq terror təşkilatları siyahısına daxil ediləcək.

Musavat.com