04 May 2024
SON DƏQİQƏ! Molla rejimi Həbib Çaabı EDAM ETDİ

SON DƏQİQƏ! Molla rejimi Həbib Çaabı EDAM ETDİ

07 May 2023
Baxış: 470

İranda rejim əleyhdarı olan Nidal Hərəkatının lideri 50 yaşlı Həbib Çaab dünən edam edilib.

İran dövlət mediası 2018-ci ildə Əhvaz şəhərində keçirilmiş hərbi paradda 25 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti Çaabın öz üzərinə götürdüyünü iddia edib.

İsveç vətəndaşlığı olan Çaabın 3 il əvvəl İstanbuldan Vana, oradan da İrana qaçırıldığı müəyyən edilib. İsveç xarici işlər naziri Tobias Billstrom Çaabın edam edilməsinə reaksiya verib və Stokholm hökumətinin Tehranı ölüm cəzasından yayındırmaq üçün əlindən gələni etdiyini bildirib.

Qeyd edək ki, Haraketü'n-Nidal əl-Ərəbiyyə Li Təhriri'l-Əhvaz (Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizəsi) 1999-cu ildə İranda ərəblərin çoxluq təşkil etdiyi Xuzistan əyalətinin muxtariyyət tələbi ilə yaradılıb. musavat.com