03 May 2024
SON DƏQİQƏ! - İran Azərbaycanla sərhədə ORDU YIĞDI - Helikopter, PUA...

SON DƏQİQƏ! - İran Azərbaycanla sərhədə ORDU YIĞDI - Helikopter, PUA...

30 Sentyabr 2021
Baxış: 860

İran Silahlı Qüvvələrinin quru qüvvələri sabahdan etibarən ölkənin şimal -qərb bölgəsində təlimlərə başlayacaq.

AJMEDİA.İNFO APA-ya istinadən bildirir ki, bunu İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Onların neçə gün davam edəcəyi qeyd olunmayıb.