03 May 2024
SON DƏQİQƏ! - Ermənistan Tovuzu ATƏŞƏ TUTDU  - Rəsmi

SON DƏQİQƏ! - Ermənistan Tovuzu ATƏŞƏ TUTDU - Rəsmi

24 İyun 2021
Baxış: 558

İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.