04 May 2024
SON DƏQİQƏ! Bakıda güclü PARTLAYIŞ: YARALILAR VAR

SON DƏQİQƏ! Bakıda güclü PARTLAYIŞ: YARALILAR VAR

02 Sentyabr 2021
Baxış: 876

Bakıda partlayış hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Prokurorluğundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu ərazisində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hazırda araşdırma aparılır.