04 May 2024
Siyasətçinin qızının zorlanması işini Baş prokuror NƏZARƏTƏ GÖTÜRDÜ

Siyasətçinin qızının zorlanması işini Baş prokuror NƏZARƏTƏ GÖTÜRDÜ

13 Oktyabr 2021
Baxış: 597

Xalası oğlu Əsgər Ağayev tərəfindən narkotik verildikdən sonra zorlandığını bildirən Sənay Yağmurun şikayəti ilə bağlı cinayət işini baş prokuror Kamran Əliyev nəzarətə götürüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə S.Yağmurun anası Zümrüd Yağmur bildirib.

O qeyd edib ki, bu gün səhər baş prokurorun böyük köməkçisi Mahir Abbasovla görüşüb: “Cinayət işi materiallarında olan və bizi narazı salan halları dedik. Ekspertiza rəyləri və cinayət baş verməsini sübut edən faktları bir daha dilə gətirdim.

Mahir Abbasov bildirdi ki, iş Yasamal rayon Prokurorluğundan alınacaq və baş prokuror Kamran Əliyevin nəzarəti altında başqa bir yerdə araşdırılacaq”.