05 May 2024
Sinay yarımadasında helikopterin qəzaya uğraması nəticəsində 7 sülhməramlı əsgər həlak olub

Sinay yarımadasında helikopterin qəzaya uğraması nəticəsində 7 sülhməramlı əsgər həlak olub

12 Noyabr 2020
Baxış: 1390

Sinay yarımadasında helikopterin qəzaya uğraması nəticəsində 7 sülhməramlı əsgər həlak olub.

AJM xəbər verir ki, qəzada həyatını itirənlər arasında ABŞ, Fransa və Çexiya hərbçiləri də var. Misir və İsrail arasında sülh müqaviləsinə uyğun olaraq Sinay yarımadasının şimalında sərhədlərin monitorinqi üzrə sülhməramlı missiyanı yerinə yetirən hərbçilərdən biri isə ağır yaralanıb.

Sülhməramlı Qoşunların Qərargahından bildiriblər ki, qəza ilə əlaqədar təhqiqat aparılır. Həlak olan 7 hərbçi və yaralanan amerikalı əsgərin adı yaxın saatlarda açıqlanacaq.