02 May 2024
"Seyid Sadiq Sədri İsrail öldürdü" - İraqlı baş katibdən İDDİA

"Seyid Sadiq Sədri İsrail öldürdü" - İraqlı baş katibdən İDDİA

15 İyun 2021
Baxış: 563

İraqın "Əshabi Əhli Haqq" hərəkatının baş katibi Şeyx Xəzəli Seyid Sadiq Sədrin öldürülməsinin ildönümü münasibətilə təşkil olunan mərasimdə çıxış edib.

AJMEDİA.info-nun məlumatına görə, Şeyx Xəzəli çıxışı zamanı vurğulayıb ki, cümə namazından sonra Seyid Sadiq Sədr aşkar şəkildə İsrailin düşməni olduğunu bildirib:

"Bundan sonra dəfələrlə İsrail rejimini tənqid edən Seyid Sadiq Sədr İsrail rejiminin sifarişi ilə şəhid edildi. Lakin bu gün müqavimət cəbhəsi Seyid Sadiq Sədrin yolunu davam etdirir", - deyə Şeyx Xəzəli diqqətə çatdırıb.

Şeyx Xəzəli qeyd edib ki, müqavimət cəbhəsinin bu gün əsas hədəfi ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün çalışmaqdır. (eastnews)