04 May 2024
Səudiyyə Ərəbistanı Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir

Səudiyyə Ərəbistanı Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir

10 May 2023
Baxış: 490

Səudiyyə Ərəbistanı hakimiyyəti Dəməşqlə ərəb ölkələri arasında münasibətlərin normallaşmasına görə Suriyadakı səfirliklərinin işini bərpa etmək qərarına gəliblər.

Bu barədə krallığın Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində bildirib.

"Səudiyyə Ərəbistanı və Suriya xalqlarını birləşdirən qardaşlıq əlaqələrini nəzərə alaraq, ümumərəb fəaliyyətlərinin inkişafına və regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə çalışaraq, Suriya nümayəndələrinin Ərəb Dövlətləri Liqası Şurasının iclaslarında iştirakını bərpa etmək qərarını nəzərə alaraq, Səudiyyə Ərəbistanı Suriyadakı diplomatik nümayəndəliyini yenidən açmaq qərarına gəlib", - deyə qeyd olunub.

Teqlər: