03 May 2024
"Sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın haqqıdır" - Aydın Hüseynov

"Sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın haqqıdır" - Aydın Hüseynov

24 Aprel 2023
Baxış: 190

“Azərbaycan-Ermənistan sərhədində, daha dəqiq desək yeni Laçın-Xankəndi yolunda sərhəd keçid məntəqəsinin yaradılması gözlənilən idi. Əvvəla, Azərbaycan öz ərazisində istənilən qurumu təsis etmək hüququna malikdir. İkincisi, bu addım Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci ilin 10 noyabrında imzalanmış bəyannamənin şərtinə uyğundur. Üçüncüsü də budur ki, sərhəd keçid məntəqəsinin qurulmasını şərtləndirən əsas səbəb Ermənistan tərəfindən təxribatların törədilməsində bu yoldan aktiv istifadə edilməsi idi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, bundan sonra Qarabağ ərazisinə Ermənistan tərəfindən qanunsuz yüklərin daşınması mümkün olmayacaq: “Ermənistan rəhbərliyi daim sülhdən danışır, amma əməlində müharibə izləri açıq şəkildə ortadadır. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistan əgər 29,8 min kvadrat kilometr ərazisində təhlükəsiz yaşamaq istəyirsə, sülh müqaviləsi imzalamalıdır və onun şərtlərinə əməl etməlidir. Əks təqdirdə fərqli mənzərənin şahidi olacaq, arzulamadığı duruma düşəcək. Son hadisələr də onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Azərbaycan gözləməməlildir ki, Ermənistan Qarabağda vəziyyəti gərginləşdirir, yenidən çıxılmaz duruma salsın. Ona görə də ölkəmizin rəhbərliyi tərəfindən atılan son addımlar Azərbaycanın bütün ərazisində suveren hüquqlarının bərpası deməkdir. Bunu bütün dünya ölkələrinin də bilməsi gərəkdir”.