03 May 2024
Şənbə gününün HAVA PROQNOZU

Şənbə gününün HAVA PROQNOZU

22 Oktyabr 2021
Baxış: 633

Azərbaycanda oktyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.