04 May 2024
Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO

Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO

04 Sentyabr 2021
Baxış: 1001

44 günlük Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova tələbə adını qazanıb.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Şəhidin xanımı Odlar Yurdu Universitetinin “Mühasibat” fakültəsinə daxil olub:

“Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm.

Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək”, - deyə o qeyd edib.

Qeyd edək ki, Fariz Həsənov oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

O, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.