04 May 2024
Şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər? - RƏSMİ

Şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər? - RƏSMİ

06 Oktyabr 2023
Baxış: 384

Azərbaycanda banklar antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin yaxın qohumlarının da kredit borcunu silə bilər.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

"44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin", - deyə o qeyd edib.