04 May 2024
"Səfirliyin açılması qərarını Azərbaycan yeməyi ilə qeyd edirik" - İsrail səfiri

"Səfirliyin açılması qərarını Azərbaycan yeməyi ilə qeyd edirik" - İsrail səfiri

21 Noyabr 2022
Baxış: 474

İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı daha bir paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, diplomat qərarı qeyd edəcəklərini bildirib:

“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik”.

C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib:

“Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”.