05 May 2024
Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi - İRANIN YENİ HİYLƏSİ

Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi - İRANIN YENİ HİYLƏSİ

01 Fevral 2023
Baxış: 399

Yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.

Həmçinin məlum olub ki, Azərbaycan Respublikasının səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.