04 May 2024
Səfir: “İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”

Səfir: “İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”

29 İyul 2022
Baxış: 464

“Azərbaycan və İsrail arasında iqtisadi münasibətlər inkişaf edir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.

“Hər iki ölkənin inkişafına öz töhfəsini verəcək bu vacib əməkdaşlığın qurulması münasibətilə Azərbaycan İnvestisiya Şirkəti” ASC-ni və İsrailin “OurCrowd” şirkətini təbrik edirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb. Sənədə əsasən, AİŞ ölkə iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya qoyacaq.