04 May 2024
Səfər Mehdiyev deputatlar haqqında sözünü GERİ GÖTÜRDÜ: "Məmurları nəzərdə tuturdum"

Səfər Mehdiyev deputatlar haqqında sözünü GERİ GÖTÜRDÜ: "Məmurları nəzərdə tuturdum"

14 Dekabr 2021
Baxış: 717

“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təkpilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpgilər artıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki, bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edib. Dünən Səfər müəllim mənə zəng edərək deyib ki, onun fikirləri təhrif olunub. Əslində o deputatları deyil, məmurları nəzərdə tutub”.(Qafqazmedia)