05 May 2024
Səbinə Əliyeva: "MDB Oyunlarında himnimizi səsləndirməyə həvəsli idim"

Səbinə Əliyeva: "MDB Oyunlarında himnimizi səsləndirməyə həvəsli idim"

09 Sentyabr 2021
Baxış: 466

"Bura gələndə özümə söz vermişdim ki, çempion olacağam və sözümün üstündə durdum. Sevincimin həddi-hüdudu yoxdur".

AJMEDİA.İNFO xəbər verir ki,bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Səbinə Əliyeva deyib.

52 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı görüşün ilk 30 saniyəsində həyəcanlı olduğunu bildirib: "Amma sonradan özümü toparlayıb rəqibimə qalib gəldim. Himnimizi səsləndirməyə çox həvəsli idim".

Əliyevanın sözlərinə görə, yarışlara yaxşı hazırlaşırlar: "İnanıram ki, gələcəkdə bundan da böyük nəticələr verəcəyik. Düşünürəm ki, bizdə heç bir çəki dərəcəsində boşluq yoxdur. Hazırda gənclərimiz Lüksemburqda keçirilən Avropa çempionatında çıxış edir. Aydan Vəliyeva finala vəsiqə qazanıb. Ona da uğurlar arzu edirəm".

Əliyeva daha əvvəl Qazaxıstandakı dünya çempionatında komanda yarışında gümüş medal qazandığını xatırladıb: "Ondan sonra ən böyük nəticəm budur. Çox sevincliyəm".