04 May 2024
Salyanda yol qəzası olub, ölən var

Salyanda yol qəzası olub, ölən var

23 Oktyabr 2021
Baxış: 492

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsiı baş verib.

AJMEDIA.INFO xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.