04 May 2024
Sahil Babayev istefa verib? - RƏSMİ AÇIQLAMA

Sahil Babayev istefa verib? - RƏSMİ AÇIQLAMA

03 İyun 2022
Baxış: 608

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vəzifəsindən istefa verməsi ilə bağlı xəbər yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat almaq üçün nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin “qaynar xətti”nə müraciət edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Müşkinaz Qasımova bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.

“Yayılan xəbər həqiqəti əks etdirmir. Nazir hazırda öz vəzifəsində çalışır”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq paytaxt.org xəbər saytı yayıb.