04 May 2024
Şabranda meşədə qadın meyiti tapıldı

Şabranda meşədə qadın meyiti tapıldı

14 Yanvar 2022
Baxış: 679

Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsindən təxminən 150 metr içəridə, meşə massivində tapılıb.

Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.