03 May 2024
Sabiq deputata məxsus bina sökülür - SƏBƏB + FOTO

Sabiq deputata məxsus bina sökülür - SƏBƏB + FOTO

07 Sentyabr 2022
Baxış: 364

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.

Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.

Tikilinin sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir.