04 May 2024
"Sabah pullar kartlarınızda olacaq" - Sahil Babayevdən AÇIQLAMA

"Sabah pullar kartlarınızda olacaq" - Sahil Babayevdən AÇIQLAMA

02 Avqust 2022
Baxış: 518

"Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək".

AJMEDİA.İNFO-nun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.


Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

"Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək", - S.Babayev qeyd edib.