04 May 2024
Saatlıda mağazada yanğın oldu

Saatlıda mağazada yanğın oldu

20 Yanvar 2022
Baxış: 479

Saatlı rayonunda mağazada yanğın olub.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.