03 May 2024
Ruslar türk PUA-ları qarşısında ACİZDİR - FOTO

Ruslar türk PUA-ları qarşısında ACİZDİR - FOTO

07 Oktyabr 2021
Baxış: 543

Rusiya Türkiyənin Ukraynaya satdığı Pilotsuz Uçuş Aparatlarının (PUA) qarşısını alacaq yeni texnologiyaya sahib olmadığı üçün narahatdır.

AJMEDİA.İNFO xəbər verir ki, rus mediasında bu narahatlığı ifadə edən məqalələr ortaya çıxıb.

Rus mediasında açıq yazılır ki, türk PUA-ları Qarabağ savaşından sonra Donbasda əhəmiyyətli rola malik olmağa çalışır. Rusiyanın PUA-lara qarşı hər hansı bir silah istehsal etmədiyi xüsusilə vurğulanır.

Türk dronlarının son illər böyük bir inqilab etdiyinə diqqət edilən analizdə “Dronlar mövzusunda Türkiyə bazarda ilk beşlikdə mövcuddur. Türkiyənin müharibə sahəsində göstərdiyi uğuru inkar etmək olmaz” ifadələrinə üstünlük verilir.

Məqalədə bildirilir ki, türklər iki gün içində “Bahar Qalxanı” əməliyyatı zamanı İdlib yaxınlığında Suriyanın 23 tankını, 23 artilleriya qurğusunu, 5 helikopter və Pantsir-C1 sistemini məhv edib. Osa raket sistemi, Tor hava müdafiə sistemi və Strela-10 sistemləri türk dronları qarşısında çarəsiz qalmışdı.

Akıncı dronlarını MQ-29 Reaper dronlarına bənzədiyinə diqqət çəkən rus mediası qeyd edir ki, Akıncı müharibə sahəsində amerikalı mövqedaşlarını belə geridə qoyub.(Teleqraf.com)