05 May 2024
Rusiyaya qarşı müharibə hazırlığı: Səngərlər qazılır

Rusiyaya qarşı müharibə hazırlığı: Səngərlər qazılır

23 Avqust 2021
Baxış: 757

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti sərhədçilərin Ukrayna-Rusiya sərhədinin möhkəmləndirilməsi işlərinə başladığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, sərhəd xidmətindən verilən açıqlamada Sumi bölgəsi istiqamətində Ukrayna-Rusiya sərhədini daha da möhkəmləndirmək üçün səngərlərin qazıldığı deyilib.

Açıqlamada təhlükəli istiqamətlərdə hərbi texnikalar əleyhinə maneələrin qurulduğu, səngərlərin qazıldığı vurğulanıb.

“Sərhədçilər Ukrayna-Rusiya sərhədinin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməyə başlayıblar. Beşinci sərhəd dəstəsi Sumi bölgəsindəki dövlət sərhədinin Ukrayna-Rusiya hissəsinin texniki sisteminin təkmilləşdirilməsi üzərində işlərini davam etdirir”, - açıqlamada qeyd olunub.(teleqraf.com)