04 May 2024
“Rusiyasız dünya kimə lazımdır?” – Kadırov canlı yayımda daha nələr dedi?

“Rusiyasız dünya kimə lazımdır?” – Kadırov canlı yayımda daha nələr dedi?

17 Yanvar 2023
Baxış: 269

“Rusiya heç bir hərbi münaqişədə məğlub ola bilməz”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə açdığı canlı yayım zamanı deyib.

Onun fikrincə, Rusiya münaqişədə uduzmağı özünə rəva bilməz.

“Prezidentimizin dediyi kimi, Rusiyasız dünya kimə lazımdır? Mən bu şeytanların (Rusiyanın düşmənlərinin - red) yaşamasını istəmirəm”, - Kadırov deyib.

Rusiya Prezidenti Vladimir Putinə istinadən Kadırov bildirib ki, ruslar Rusiyanın digər xalqları ilə birlikdə cənnətə, Rusiyanın düşmənləri isə cəhənnəmə gedəcək.(sfera.az)