03 May 2024
Rusiyanın hələ də davam edən "Parçala və hökm sür" siyasəti: Putin nəyi müdafiə edir? - ŞƏRH

Rusiyanın hələ də davam edən "Parçala və hökm sür" siyasəti: Putin nəyi müdafiə edir? - ŞƏRH

09 May 2022
Baxış: 620

Vladimir Putin bu gün Moskva şəhərində keçirilən paradda Ukraynaya hücumunu müxtəlif səbəblər gətirərək yenidən xüsusi əməliyyat adlandırdı. V.Putin iddia edir ki, əgər müharibə başlamasa idi, NATO Krıma hücuma keçəcək idi.

Xatırlamaq lazımdır ki, 2014-cü ilin mart ayında Krım Rusiya işğalına məruz qalmışdır.

Bundan başqa, Rusiya dövlət başçısı Ukraynada savaşanları “nasist” adlandırıb. Nə zamandan öz torpaq bütövlüyünü qoruyan “nasist” olmuşdur.

Qeyd etmək lazımdır ki, məhz Krım və Donbasda olan münaqişə orada yaşayan rus millətçiləri tərəfindən bilərəkdən qızışdırıldı. Təbii ki, burada Rusiyanın dəstəyi böyük idi. “Novaya Rossiya” şüarı irəli sürən Ukrayna əhalisi deyil, bu şüarı ruslar deyirdilər.

Xalqlar arasında millətçiliyi qızışdıran, bundan maksimum istifadə edib öz “Parçala və hökm sür” siyasətini tətbiq edən məhz Rusiyadır. Bu həm Çar Rusiyası zamanında, həm də Sovet dövründə olmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanın keçmiş sovet ölkələrinə öz torpağı kimi baxması prosesi davam edir. Cənubi Qafqazda olan münaqişələr, Ukrayna məsələsi, öz daxilində olan Çeçenistan, Moldovada olan Dnestryanı münaqişə hamısı Rusiyanın yaratdığı etnik-milli münaqişələrdir.

Bu nöqteyi-nəzərdən Rusiyanın NATO-nu günahlandırmasına gərək qalmır. Hal-hazırda Ukraynada olan müharibə davam edir. Amerika və Böyük Britaniya Ukraynaya mütəmadi olaraq silah göndərir. Bu müharibə getdikcə uzanır və özü birlikdə dünyada yeni siyasi reallıqlar meydana gətirəcək. Qərb siyasi liderləri müharibənin bu ilin sonuna kimi uzanacağını bildirirlər.

Təbii ki, müharibənin uzanması ilə Rusiya iqtisadiyyatı daha da tənəzzülə uğrayır.

Rüstəm Tağızadə, politoloq

AJMEDİA.İNFO