04 May 2024
Rusiyadan Xankəndi, Xocavənd və Laçındakı ermənilərə DƏSTƏK - FOTOLAR

Rusiyadan Xankəndi, Xocavənd və Laçındakı ermənilərə DƏSTƏK - FOTOLAR

13 Oktyabr 2021
Baxış: 537

Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri çoxuşaqlı ailələr və çətin həyat şəraitində olan ermənilərə humanitar yardım göstəriblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Sülhməramlıların “Mersi” xeyriyyə təşkilatı ilə Laçında aksiya keçirdiyi bildirilib.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Vladimirov ehtiyacı olan ailələrə ərzaq, geyim, ayaqqabı yardımı etdiklərini bildirib.

Ayın əvvəlindən indiyədək 4 humanitar aksiyanın keçirildiyi vurğulanıb. Aksiyaların Xankəndi, Xocavənd və Laçında baş tutduğu qeyd edilib.

(Konkret.az)