03 May 2024
Rusiyada yaşayış binasında dəhşətli partlayış - VİDEO

Rusiyada yaşayış binasında dəhşətli partlayış - VİDEO

08 Sentyabr 2021
Baxış: 656

Rusiyanın Noqinsk şəhərində doqquzmərtəbəli yaşayış binasında qaz partlayışı olub.

AJMEDİA.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, ilkin məlumatlarda binanın ikinci və üçüncü mərtəbələrinin, qismən də dördüncü mərtəbəsinin konstruksiyalarının zədələndiyi bildirilib. Ümumilikdə 5 mənzilə zərər dəydiyi vurğulanıb.

Partlayış nəticəsində zərərçəkənlər var. İndiyə qədər ikisi uşaq olmaqla üç nəfər xilas edilib.

Hadisə yerinə 60 nəfərlik heyət və 24 vahid texnika cəlb olunub.