04 May 2024
Rusiyada ötən gün 8946 nəfər koronavirusa yoluxub

Rusiyada ötən gün 8946 nəfər koronavirusa yoluxub

25 May 2020
Baxış: 372

tən gün Rusiyada 8946 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AJM xəbər verir ki, gün ərzində 92 xəstə vəfat edib, 5499-u sağalıb. Yoluxanların 2560-ı Moskva sakinidir.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 353 min 427 nəfərə çatıb, indiyədək bu xəstəlikdən sağalanlar 118 mini ötüb, 3633-ü vəfat edib.

Hazırda Rusiya yoluxanların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncüdür.

Teqlər: Rusiyada